Want create site? Find Free WordPress Themes and plugins.

Karatenin kyokuşin növü üzrə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Avropa çempionatının bürünc medalçısı azərbaycanlı idmançı Solmaz Zeynallı olub.

Çempionatın yarımfinalında macarıstanlı idmançı ilə üz-üzə gələn S.Zeynallı bu görüşdə aşkar üstün olsa da, qərar verən beş hakimdən yalnız ikisi qələbəni ona verib.

Beləliklə, bürünc medalı təmin edən idmançı bu qələbəsini Vətən müharibəsi şəhidi olan qardaşı kapitan Tural Zeynalovun xatirəsinə ithaf edib.

Xatırladaq ki, Solmaz Zeynallı Gənclər arasında Dünya Kubokunun sahibi, Avrasiya çempionu, Polşada baş tutan U-22 kateqoriyasında Avropa Çempionatının və Litvada keçirilən Avropa Çempionatının üçüncüsüdür.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave A Reply