Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistralının Tovuz rayonu ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha iki nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave A Reply