Want create site? Find Free WordPress Themes and plugins.

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə -Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan ”Shacman” markalı, betonqarışdıran maşının əyləc sistemində nasazlıq yaranıb. Betonqarışdıran maşın qəsəbədə olan evə çırpılıb. Qəza zamanı sürücü sıxılmış vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə FHN xilas ediciləri cəlb olunub. Sürücü 1979-cu il təvəllüdlü İsayev Elnur Elbrus oğlu xilasedicilər tərəfindən çııxarılıb. O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave A Reply