Want create site? Find Free WordPress Themes and plugins.

İsgəndər Şirəliyevin qızlarının  milyonluq biznesi 

“Nar Mobile”  şirkəti  “sistemdə  xəta var”  adı ilə abunəçilərin cibinə girir 

NAR  211-lə başlayan nömrələri 10 min manata satır..

Məlumat üçün  bildirək ki, Azərbaycanın 3-cü  mobil operatoru olan Nar Mobile  2007-ci ildən fəaliyyət göstərir. Bu mobil şəbəkə ölkə ərazisinin 90 faizini əhatə edir  və  3 milyona yaxın abunəçisi var.
Təəssüf ki, milyonlarla  abunəçisi olan  NAR-ın xidmət səviyyəsi çox aşağıdır  və mütəmadi olaraq öz abunəçilərini aldadır.
Məsələn, abunəçi öz adına olan NAR nömrəsini itirdiyi üçün dublikatını çıxartdırıb Nar  Müştəri xidmətlərinə təqdim edir və üstəlik  3 manat ödəyir.
Sonradan NAR abunəçinin balansından buna görə, əlavə olaraq  4 manatlıq kontur tutur. Soruşanda isə deyir ki, guya nömrəni addan ada  keçirmişik.
Bunlar başa düşmür ki, adam öz adından öz adına necə nömrə keçirə bilər ?
Əslində başa düşürlər, sadəcə müştərini aldadıb  əlavə 4 manat oğrulamaq istəyirlər. Bəli, bunun bircə adı var: OĞURLUQ. Belə səhlənkarlıq, belə mexaniki səhv-zad ola bilməz.
NAR-la bağlı  belə rüsvayçı hallar  kifayət qədərdir.
Ümumiyyətlə, Narla  bağlı şikayətlər  bitib tükənmək  bilmir.
Bunlar azmış kimi, NAR tez-tez müxtəlif  kampaniyalar və yeni xidmətlər təşkil edir. Məqsəd isə 1-dir: abunəçini aldatmaq, onun cibinə girmək.
Allah qoymasa, NAR müştərilərinə “Limitsiz paket”  təqdim edir, ancaq  adı limitsiz olan paket  2 günə bitir. Və  şirkət 20 manat ödənilməsini təklif edir. Ancaq yenə eyni hal baş  verir. 2 gün sonra paket bitir.
Bu iyrənc oyunbazlıq  sonda necə bitir, bilirsinizmi ?
Şirkət cavab verir ki, bağışlayın, sistemdə problem olub, problemi aradan qaldıracağıq.
Amma problem aradan qalxmır. Bu dəfə texniki şöbə 4-5 gün məsələni uzadır.
Bəli, NAR mobil operatotu  müştəriləri üçün həm də işgəncədir.
NAR  “sistemdə  xəta var”  adı ilə müştərilərini  istismar edir,  abunəçilərin  cibinə girir.
Milyonlarla  abunəçisi olan şirkət üçün bu 1 gündə 100 minləri oğurlamaqdır.
Ümumiyyətlə, bütün müştərilər NAR internet şəbəkəsinin zəifliyindən  şikayət edir.
Bütün bunlarla  kifayətlənməyin NAR-ın sahibləri  211-lə başlayan nömrələri 10 min manata satır.
Aylıq gəlirləri milyonlar olan NAR operatoru vergidən nə qədər yayınır ?
Nə üçün bu məsələ Vergilər  Nazirliyini düşündürmür ?
NAR-la bağlı bir məsələni də  qeyd etməyi vacib hesab edirik.
Redaksiyamıza daxil olan məlumata görə,  NAR-ın ən həssas və zəif yeri İsgəndər Şirəliyevlə bağlıdır.
Söhbət  ARDNŞ-nin  Kompleks Qazma İşləri  ( KQİ ) Trestinin müdiri İsgəndər Şirəliyevdən gedir.
Şirəliyev  KQİ-ni şəxsi, özəl şirkəti kimi işlədir  və milyonlar qazanır. 
Şirəliyev   trestin pulları hesabına  qızlarına dəbdəbəli qalereya açıb, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaradıb. Trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur: “Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt isə “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İsgəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. “İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir.
P.S Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq.

Gündəlik-Baku.com
Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.