Want create site? Find Free WordPress Themes and plugins.

 

Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin həyətində Vətən Müharibəsində şəhid olan məktəbin məzunları İşiyev Rafail Əhmədağa oğlu və Həbibi Fizuli Nizami oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Bu gün şəhid ailələrinin, idarə, müəssisə və təşkilatların, qazilərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə abidə-bulaq kompleksinin açılışı olub. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılışda çıxış edənlər ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayaraq, onların problemlərinə kompleks şəkildə yanaşılaraq həll edildiyini söyləyiblər. Azərbaycanın qəhrəman övladlarının öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanaraq qeyd edilib ki, məhz onların və ümumilikdə Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub. Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

 

Sonda şəhidlərimizin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Qeyd edək ki, bu gün həmçinin şəhid Rafail İşiyevin 42-ci doğum günüdür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.