Want create site? Find Free WordPress Themes and plugins.

 

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib. Bayram şənliyi Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Rafiq Cəlilov bayram şənliyində çıxış edərək uşaqlara ən xoş təbriklərini çatdırıb. RİH başçısı qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.