Want create site? Find Free WordPress Themes and plugins.

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Latviya Prezidenti cənab Eqils Levitsin diqqətinə çatdırıb.
Latviya Prezidenti, öz növbəsində ən xoş arzularıvə salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti cənab Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.

Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi apardılar.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.