Xalq şairi Vahid Əzizin Oxu.Az-a müsahibəsi:
– Prezident İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Pensiya yaşına çatmış, 70 yaşını keçən iqtidarda təmsil olunanlar yerini gənclərə verməlidir. Artıq bir çox məmurlar prezidentin çıxışından sonra öz ərizələri ilə istefa veriblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin də 81 yaşı var. Sizcə, Anar müəllimdə artıq pensiyaya çıxıb, yerini gənclərə verməlidir?
– Bu sualı vəzifə sahibi olan, amma getmə yaşı çatanlara vermək lazımdır. Prezidentimiz bu sözləri ilə digərlərinidə ciddi xəbərdarlıq edərək mesaj verdi. Hesab edirəm ki, gəncləşmə getməlidir. Ancaq Azərbaycan Yazıçılar Birliyi çox ciddi yerdir.