Want create site? Find Free WordPress Themes and plugins.

Dosye.org saytın lektron ünvanına bir qurup Şamaxı rayon sakini tərəfindən ölkə başçısı İlham Əliyevə və vitsa-prezident Mehriban Əliyevaya ünvanlanan məktubun sürəti daxil olub. Vətəndaşların xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Cənab Prezident öz çıxışlarında icra başçılarına ciddi tapşırıqlar verərək vurğulayır ki, hər bir şəxs ləyaqətlə xalqa xidmət etməlidir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur, mən Prezident kimi öz vəzifəmi xalqa xidmət etməkdə görürəm. İcra başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlidir.

Bəzi məmurlar Prezidentin göstərdiyi etimadı nəinki doğrultmur, hətta vəzifə səlahiyyətlərindən sui istifadə edir. Belə ki, Şamaxıya İcra Baçşısı təyin olduğu gündən Tahir müəllimin özü ilə Şamaxıya gətirdiyi Yaqub Yaqubov çirkli işləri ilə məşğul olmağa başladı.

Tahir müəllimin Şamaxıya İcra Baçşısı yeni təyin olduğu vaxtlar Şamaxı-Ağsu-İsmayıllıda zəlzələlər baş verdi. Çox vaxt keçmədən şamaxılılar Yaqubun nə üçün Şamaxıya Tahir müəllimlə gətirildiyi aydın oldu. Hətta birinci müavin Qasım Qasımov bütün işlərdən kənarlaşdırılaraq müavinlərə aid bütün işlər sonralar «Boz Kardinal» adı ilə tanınan Yaquba həvalə olundu. Işini çox «fədakar bacarıqla» yerinə yetirən Yaqub şamaxılılara qənim kəsildi. O zəlzələdən zərərçəkmiş adamlar üçün ayrılmış pulları onun siyahısına rüşvətlə yol tapmış adamların evlərinin tikilməsi üçün xərclənməsinə yol açdı. Təbii ki, bütün bu işlər Tahir müəllimnən xəbərsiz ola bilməzdi. Bir vaxtlar təzə gələndə qəbula uzun növbələr yaranırdı, artıq qəbulu Yaqub «yola verir»… Başçıya şikayətlərin gəlməsinə belə imkan verilmir, Tahir müəllim isə heçnədən xəbərsiz kimi davranır… Sevinc Kerimova kimi yüzlərlə şamaxılılar qəbula düşə bilmədiyi üçün artıq sosial şəbəkələrdən fəryadını çatdırmağa çalışırlar

Pul oyunları son Bələdiyyə seçkiləri zamanı da özünü biruzə verdi… belə ki, Şamaxının özündə, Qızmeydan, Şəhriyar, I Çaylı, Həmyəli, Quşçu, Çarhan, Dəmirçi və s. yerlərdə əhali tərəfindən narazılıqlarla qarşılandı.

I Çaylı kəndinin əhalisi narazılığını bildirmək üçün piket keçirmək üçün bir qrup əhali adından imza toladıq və icraya icazə üçün müraciət etdik. Bundan sonra Başçı kəndə gələrək, əhalini dinlədi və başa düşdü ki, Yaqubun gətirmək istədiyi adam burda keçə bilməyəcək və hər yerdə çirkin işləri görmək olmaz. Əvvəlki sədr – Əzizbaba Fətullayev artıq özünü yaxşı tanıdıb seçicilərinə, yenisinə ehtiyyac yoxdur.

Digər Yaqubun tapdığı «uğurlu namizəd» Şəhriyar qəsəbəsi üçün nəzərdə tutulmuşdu. Burada artıq Tahir müəllim işini ehtiyyatlı tutdu. Icra orqanlarından çirkin işlərinə görə uzaqlaşdırılmış İxtiyar Xəlilovu qəsəbəyə icra nümayəndəsi təyin etdi ki, burada öz planlarını gerçəkləşdirə bilsin. Şəhriyar qəsəbəsinin Bələdiyyəsi Musa Musayev artıq bir neçə seçki sədr kimi fəaliyyət göstərirdi. Rayonda işi bilən adam kimi digər bələdiyyələrə lazım gəldikdə məsləhət və tövsiyyələrini verə bilən adam idi. Dəfələrlə respublika səviyyəsində səmərəli işinə görə təltif olunub, Qızıl Bələdiyyə medalına layiq görülüb, Lakin Yaqubun çirkin siyahısına düşmədiyi üçün ona qarşı da məkrli siyasət işlətdilər və onun yerinə Şizofreniyadan əziyyət çəkdiyi üçün heç hərbi xidmətə layiq görülməyən, içki alüdəçisi olan adamı – Sabir Mikayılovu (asanlıqla yoxlana bilər) yaxşı şirinlik müqabilində bələdiyyə sədri seçdilər. Görünür Tahir-Yaqub cütlüyünün yeritdiyi siyasətə cavab vermədiyi üçün iş görən adam deyil, belə xəstələr lazımdır…

Rayonun bütün məntəqələrində Tahir-Yaqub cütlüyünün yeritdiyi siyasət nəticəsində tam qeyri-peşəkar adamlar vəzifəyə gətirlidi. Rayonun özündə el şənliklərində foto çəkiliş aparan adam şəhər bələdiyyəsinin sədr müavini vəzifəsini tutdu. Bundan başqa vəzifəyə gətirilən adamlar «Boz Kardinal» – Yaqubun hazırladığı siyahı ilə işiq ustası (montyor), şizofrenik, el şənliklərində foto çəkiliş aparan, biznesmen, mağaza satıcısı və s. qeyri-peşəkar adamlar Tahir müəllimin razılığı ilə vəzifə tutdu. Biz şamaxılıların etirazlarına baxmayaraq səsimizin ünvanına çatmasına hər cürə mane oldular, bizi polis və prokurorluqla hədələyirlər.

Hətta bu qaranlıq işlərə ADPU-nun (Azərbaycan Dövlət Pedaqoji Universiteti) Şamaxı filialını belə qatdı. Əslən şamaxılı olan filologiya elmləri doktoru, professor, Yazıçılar birliyinin Şamaxı bölməsinin sədri, Aşıqlar birliyinin Şamaxı bölməsinin sədr müavini,  60 kitab  və monoqrafiyanın, 150-dən çox tezis və məqalənin müəllifi olan Seyfəddin Qəniyevi işlə təmin edə bilməyən təhsil ocağında nədənsə Dəllalıqla və «Boz Kardinal» adı ilə tanınan və heç bir elmi adı və dərəcəsi olmayan Yaqub Yaqubova hansısa bacarıqlarına görə ştat tapıldı… və ən əsası gənclərin, hətta elm adamlarının işlə təmin ola bilmədiyi halda, elmdən uzaq olan Tahir müəllimin Bakıdan özü ilə gətirdiyi, favoriti olan – Yaqubun eyni vaxtda bir neçə işlə təmin olunması düzü bizdə artıq təəcüb doğurmur. Ama Tahir müəllimin marağı nədir? Nədir bu cəlbedici maraq???

Çox hörmətli Cənab Prezident və Vitse-prezident, biz şamaxılılar Fəryad edirik, Sizdən səsimizi eşitməyi xahiş edirik. Onsuz bələdiyyə seçkilərində Tahir-Yaqub cütlüyünün yeritdiyi siyasət nəticəsində bizim şəhər və kəndlərimiz tanıdığımız, güvəndiyimiz adamlara deyil, səriştəsi olmayan adamlara həvala olundu, bizi bu cütlük bəlasınnan xilas edin…

Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.