Want create site? Find Free WordPress Themes and plugins.

Belçikada bir qup vətəndaş koronaviusa qarşı karantin tədbirlərinə görə hökuməti məhkməyə verib. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, artqı 40-dan çox vətəndaş müvafiq ərizəylə məhkəmə orqanlarına müraciət edib. Hökumətdən başqa Daxili İşlər naziri Piter de Krem barəsində də ayrıca şikayətlər var.

Belçikanın RTBF telekanalının məlumatına görə, sakinlər koronavirusun yayılmasının qarşısının alınmasına yönəldiyi bildirilən karantin tədbirlərinin insan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasını pozduğu qənaətindədirlər.

Onların vəkili bildirib ki, Belçika hökuməti Çindəki tədbirləri eyniylə həyata keçirib, onların insan haqlarına zidd olduğunu nəzərə almayıb.

DİN mətbuat xidməti hələlik şikayət mətni iə tanış olmadığından, rəy bildirməkdən imtina edib. Bununla belə vətəndaşların öz hüquq və azadlıqlarını qorumaq haqqının olduğu vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.