Azəriqazın növbəti hegemonluqu !!!

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda bir neçə məmur özbaşnalığına rast gəlmişəm.Həmən məmurlar ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq vəzifəsindən sui istifadə etdiklərinə görə dərhal vəzifəsindən uzaqlaşdırılır.Nəzərnizə çatdırıram ki,bir neçə aydır mən elə bir məmur özbaşnalığına rast gəlmişəm ki,sözün əsl mənasında dəhşətdi.Mən aylardır yaşadığım evə qaz xəttdi çəkdirə bilmirəm.Sokarın rəhbərinə,Azəriqazın rəhbərinə,Lənkaran regional qaz istismar idarəsinə və Cəlilabad qaz istismar idarəsinə müraciət etməkdən yoruldum. Mənim yazdığım məktublara belə cavab verilmir.Azərbaycanın təbii qazının dünya bazarına axdığı bir vaxtda,biz mavi qazın korruğunu çəkirik.R.Abdullayevin göstərişilə Gürcstanda erməni kilsələrinə pulsuz qaz verilir,mən və mənim bacım 21-ci əsrdə Cəlilabad rayonunda(rayona bitşik küçədə) qaz xəttinə həsrət qalmışıq.Buna nəad vermək olar,bütün bu məmur özbaşnalığı,dövlət sərvətinin vətəndaşlara verilməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.Mən Mətbuat işçisi olaraq bütün bunları araşdırıb deyirəm Cəlilabad rayonunda bu sahədə həddən artıq narazılıq var,cavabdeh şəxslər isə heç bir məsuliyyət daşımır (sanki özəl firmadır)artıq mənim bunlara deməyə sözüm qalmıyıb,mən bir Azərbaycan vətəndaşı kimi,Yeni Azərbaycan partiyasının üzvü kimi səs verib etimad bildirdiyim ölkə rəhbəri cənab İlham Əliyevdən vətəndaşlığ haqqımı istəyirəm.İndi hansı dövürdü Cəlilabad rayonunda odun sobasından istifadə edəsən?Vəyaxud bir küçəyə qaz xətti çəkmək üçün 4-5 min manat pul tələb edirlər onu tapıb verəsən,buda sonda xalqı dövlətdən narazı salır.Cənab Prezident! Mən xahiş edirəm xalqı dövlətə qarşı qaldıran özbaşına məmurlara qarşı bir tədbir görəsiz. Cəlilabad rayonunun
Qaz həsrəti ilə yaşayan əhalisi də mavi qazın istisinə qızına.
Hörmətli Prezident!sizdən çox xahiş edirəm ya bizim küçəyə qaz xəttinin çəkilməsinə köməklik edin,yadaki 4-5 min manat pul verin
bu acgöz podratçılara verək qaz çəkdirək.

Yazar tv-nin xüsusi müxbiri

L.Abdullayev.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply