Bakıda yanğında faciəvi şəkildə ölən 2 qardaşın kimliyi MƏLUM OLDU/YENİLƏNİB

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.

APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

18:27

APA-nın məlumatına görə, yanğında iki qardaş ölüb. Onların kimliyi dəqiqləşdirlir.

17:51

Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib.

YAZARTV.AZ xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov qafqazinfo.az-a bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:

“Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply