Cəlilabad RİH-nın başçısı N. Zeynalovun iki uğursuz kadrı kimdir?

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad rayonun İcra Hakimiyyetinə başçı təyin olunan Namiq Zeynalov kresloya oturar-oturmaz kadr deyşikliləri etməyə başladı.İlk  baxışdan uğurlu görünsə də keçmiş İcra başçısı Əziz Əzizovdan geri qalmadı. Təkcə İcra Aparatını yox , rayonun digər  idarə və müəssələrinə rüşvət  müqabilində səriştəsiz  kadrları  doldurdu.  Təyin edilən    kadırlar   heç   birisi   etimadı  doğrultmadı.Əksinə   öz   uğursuz  işləri ilə  rayonun imicinə mənfi təsir göstərdilər.

Təhsil   kimi   strateji əhəmiyyətli bir sahə   Cəlilabad rayonunda demək  olar ki,  məhv olmaq təhlukəsi   ilə   üzləşdiyi bir məqamda   Cəlilabad RTŞ-ya  xanım direktor-Qərənfil Əhmədovanı   təyin etdi.  Bununla da   bir daha  təhsilimizi anasını ağlatmağa   hesablanmış bir   addım   atdı.  Q. Əhmədova  5 il  8 saylı məktəbdə  direktor  işləyib.   Bu illər ərzində  məktəb  göstəricilərinə görə  rayonda ən aşağı  yerlərdən birini tutmuşdur. Elm  və Təhsildən   bu  məktəbdə  söhbət açılması yersizdir və gülüncdür. Qərənfil xanım məktəbi  Bacılıq  siyasəti ilə idarə etmişdir.Öz yaxın çevrəsinə daxil olan müəllimələrə artıqlaması ilə dərs saatı verərək, onları susturmağı bacarmışdır. Məktəbin  10-11-ci sinif şagirdlərinin pula aylığa çıxartmışdır. Sual olunur bəs bu uşaqlar hardadır. Cavab çox sadədir. Bəziləri dükan-bazarda xırda ticarətlə məşquldur, bəziləri isə dərs prosesi zamanı məktəbdə təşkil olunmuş müəllimlərin fərdi hazırlığına gedirlər.Qərənfil xanımın direktor işlədiyi bu 5 il ərzində rayon təhsil sisteminə vurduğu zərbə bununla kifayətlənmir. Belə ki, məktəbdə 120 yaxın müəllim çalışır. Etibarlı mənbədən verilən məlumata görə onlardan 70-80 nəfər müəllim işə gəlir. Qalanları isə yenə də aylıqdadır. Təsərufat işçiləri də həmçinin .Məktəbdə 30-dan artıq texniki işçi olsa da  9 nəfər işçi işə çıxır. Qalan işçilərin əmək haqqı kartları Qərənfil xanımın cibində olub. Cəlilabad RTŞ-ya müdür təyin olunsa da 8 saylı məktəbdən əlin çəkmək fikri yoxdur. Puldan gözü doymayan Qərənfil xanım müəllimlərin fevral və mart aylarının əmək haqqısı verilən zaman məktəbə siyahi göndərib  ki, pullar yığılsın.  Üstəlik məktəb ətrafında  apardığımız   müşahidələrə əsasən  narkotik  istifadəçilərində oylağı olmuşdur. Gördüyümüz   şplis  və  iynələrdən   ibarət   zibil yiğını  buna sübutdur.

 

Bir ay  bundan  öncə  Namiq  Zeynalovun    müəmallı  kadr  dəyişikliyi  hamımızı  təəccübləndirdi. Beləki,  Qərənfil  xanım  RTŞ-ya  müdür   təyin olunur.  Sosial   şəbəkələrdən aldığımız  məlumatlara   görə    bu vəzifəyə  təyin olunmağı üçün   İcra Başçısına  2  yüz  min manat  rüşvət vermişdir.  Bu yaxınlarda özüylə görüşmüşəm.  Təhsilin   problemləri   ilə  bağlı söhbət  aparmışam .  Qərənfil  xanım  qeyd  etdi  ki,  təhsildə yaranmış  problemləri   yaxın zaman  ərzində   aradan qaldıracaq.  Təhsil bir bataqlıqdır mən o bataqlıqa girməliyəm sonra özümə yer edib  təmizləməyə başlayacam. Bu çox gülünc məntiqdir bataqlıqa girən adam necə ordan çirkaba batmadan çıxa bilər? Düzü  mən buna   inanmadım.   Təhsil Şöbəsində çalışan  müəllimlə    etdiyimiz  söhbət  zamanı  Qərənfil  xanımın  təhsil şöbəsinə   gətirdiyi  “ yeniliyin”  şahidi oldum.  Bu xanım  Hafis  Cavadovun  dədəsinə   rəhmət   oxuturur.     İclasda  məktəb   direktorları  üçün     yeni  tas  müəyyənləşdirib.   Kim  etiraz  edirsə  ən  ağır  formada  təhqir   edərək  icra başçısı N. Zeynalovu  göstərir.yəni , yiğılan rüşvəti  ona  verirəm. Ən  yüngül  formada  kriminal  aləmdəki  adamları  ilə  hədə- qorxu  gəlir. Qeyd edək ki, aldığımız məlumata görə Qərənfil xanımın həyat yoldaşı Rövşən adlı şəxsdir.O, uzun  müddət Cinayət məcəlləsinin  müxtəlif maddələri ilə  Rusiyanın Voronej şəhərində həbs həyatı yaşamışdır. O,Kriminal aləmlə sıx bağlı olan bir şəxsdir.İndi şərti olaraq azadlıqa çıxmışdır.

Namiq  Zeynalovun   ikinci  uğursuz   kadırlarından  biri  8  saylı məktəbə  direktor  təyin  olunmuş  Sevda  Süleymanovadır.  O  da  N.   Zeynalova   aldığımız  məlumatlara  əsasən  25 min  manat rüşvət   vermişdir.   Bu   rüşvətə  vasitəçiliyi onun   yaxın  qohumu   Cəlilabad   Maliyyə Şöbəsinin qarmon ifaçısı, saxta diplomlu    rəisi   Əlnazim  Quliyev  etmişdir. Sevda  xanımın  diplomu  şübhəlidir. Təhsil  Nazirliyin  keçirdiyi  yoxlama  əsasında  diplomu  saxta  olan   bəzi   müəllimələrin  srasında   Sevda  xanımın  da  adı  keçirdi.  O  ixtisasca   pedaqoq  deyil, İqtsadiyyat Unviresitetin  bitirmişdir. Müəllimlər inistitunun Gəncə filialını saxta diplomunu almışdır.  Son   illərə  kimi  rayonda  şirniyyat   sexində  satıcı  kimi  tanınan   Sevda  xanım  necə oldu ki,  birdən-birə  direktor  təyin  edildi?

Qeyd edək ki, 8 saylı orta məktəbin kollektivinin böyük əksəriyyəti Sevda xanımın direktorluq təyyinatını qəbul etməyib,bu və ya başqa formada etiraz etmişdilər.Belə  ki, adının çəkilməsini istəməyən həmən məktəbin müəllimələrinin  birinin  fikrini olduğu kimi sizin nəzərinizə çatdırırıq .Həmən  müəllimə qeyd edir  ki, Sevda xanımın kollektivə təqdimatı zamanı müəllimlərin çoxu buna etraz əlaməti olaraq iclasa qatılmadı.Əslində mən özüm də bunu istəmirdim. Direktorluğa  iddialı idim. Kollektiv məni istəyirdi. Düşündüm ki, niyə də yox? amma  olmadı .Sevda müəllimənin pulu çox olduğu üçün rüşvəti hamıdan çox verib direktor təyin olundu. Etraz elə şiddətli formaya yetişdi ki, hətta, məktəbimizin müəllimi R. Sadıqlı  iclası tərk edərək kobud formada  qapını çırpıb getdi. Sonra isə  özünün Facebook hesabında etraz əlaməti olaraq tənqidi status yazdı. Doğrusu, Mən bütün bu etirazların formatını tam normal qəbul edirəm.

 

 

Cəlilabad  rayon  təhsilinin  beləlıklə,  fatihəsi  oxundu  desək  yanılmarıq. Çox  təəssüf   ki,  gələcək  nəsillərin  təhsili və    təlim-tərbiyəsi   qaranlıq  keçmişi  olan  məmurlara   həvalə  olunmaqdadır. Əminəm  ki,   cənab Prezidentin  rayonlardakı   nümayəndəsi   Namiq  Zeynalov  bu  uğursuz  kadr  dəyişikliyinə   yenidən  baxacaq. Hərkəsi   layiq olduğu  posta   təyin  edəcəkdir.

 

 

Anons

Yazartv.az-ın növbəti sayında oxuyacağınız materiallar.

  • 8 sayli məktəbin direktoru Sevda xanımın saxta diplomunun sureti
  • 8 saylı məktəbdə adı plub özləri olmayan müəllimlərin tam siyahısı adlarla
  • 8 saylı məktəbin 11-ci sinifinin aylığda olan  şagirdlərinin adlarının siyahısı?
  • 8 saylı məktəbə verilən yanacaq və istilik sisteminə ayrılan pulların kim mənimsəyir?
  • Bu məktəbdə nəyə görə 20 ilə yaxındır ki, bədən tərbiyyəsi və Hərbi dərsləri niyə  tədris olunmur?
Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply