Cəlilabadda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı

 

Azərbaycan xalqının ümummilli  lideri, dünya şöhrətli siyasətçi  Heydər Əliyevin əbədiyyətə qovuşmasından  15 il keçsə də, onun ideyaları və əməlləri  yaşayır.

Heydər Əliyevin həyatını doğma xalqının  azadlığına,  müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının  qəlbində özünə möhtəşəm abidə  ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.ADPU-nin Cəlilabad filialında və rayonun bütün  ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib.Ümummilli lider Heydər Əliyev dəfələrlə Cəlilabada səfər edib, ölkəmizin bu dilbər  guşəsi, onun zəhmətsevər insanları haqqında gözəl,  səmimi və xoş sözlər söyləyib.Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına Heydər Əliyev Parkına gələrək  Ulu Öndərin abidəsini ziyarət ediblər .Ucu- bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş  dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi .Cəlilabad Rayon İcra Hakimiyyətinin  başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri,  Yeni Azərbaycan  Partiyası Cəlilabad rayon təşkilatrının idarə heyətinin üzvləri, ağsaqqallar,  gənclər, tələbələr,  məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri  Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Cəlilabad Rayon  İcra Hakimiyyətinin başçısı  Namiq Zeynalov  Göytəpə  şəhərində Heydər Əliyev adına park bulvarda və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət etdi və abidənin önünə təzə-tər gül dəstələri qoydu.

Müxbür Operator Rövşən Adiloqlu

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply