DYP-dən biabırçılıq: ölmüş adama cərimə yazdılar

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Yol Polisi 4 il əvvəl dünyasını dəyişən şəxsə cərimə yazıb. Yazartv.az Reportyor.info isdinadən xəbər verir ki, bu analoqsuz qərar barədə fevralın 1-də məlumat daxil olub. Salyan yolunda sürət həddini aşdığına görə Radara yaxlanan sürücüyə protokol yazılıb. Sonra da vəfat edən şəxsin idarə etdiyi “Nissan Patrol” markalı avtomobili texniki baxışdan keçmədiyi üçün əlavə 50 manat da cərimələyiblər. Bu barədə Zakirə Zakirqızı yazıb: “Elxanımın adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Bu il fevralın 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara “düşüb”. Sonra da idarə etdiyi maşın texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt “Nissan Patrol” maşınımız olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı, xəbərim olardı. İndi məni bir məsələ düşündürür: birdən bu maşın kimisə vurub, öldürdü, necə olacaq? Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?”

REPORTYOR.info

Yazartv.az  Müxbiri Rövşən Mehdiyev

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply