Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq – ƏMR VERİLDİ

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

16 Yanvar 2019       

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən  Yazartv.az Trend-ə  isdinadən xəbər verirki verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil nazirinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bütün təlim-tərbiyə işlərinin təxirə salındığı müəssisələrə bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri, istərsə də uşaq bağcaları da bu siyahıya daxildir:

“Məktəblərdə keçiriləcək tədbirlərə orta ixtisas, ali məktəblərdə istənilən növ tədris tədbirləri – dərs, imtahan, kollokvium və sair daxildir”.

RÖVŞƏN ADİLOQLU

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply