Nazirlikdən düşmənə işləyən hərbçilərimizlə bağlı XƏBƏR: “Ermənilərlə əməkdaşlıq edənlər…”

Google+ Pinterest LinkedIn Tumblr +
Want create site? Find Free WordPress Themes and plugins.

“Birmənalı surətdə bildiririk ki, bu məsələdə “Mossad” adlı qurumun heç bir fəaliyyəti olmayıb”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən YAZARTV.AZ-a ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.

“Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub”, – deyə mətbuat xidmətindən bildirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Share.

About Author

mm

Leave A Reply